Rusiyaya qarşı “müdafiə səddi” yarıldı: “Mexanizm hazırlanıb”

Avropa İttifaqının (Aİ) Kiyevin silah alması üçün Macarıstanın qoyduğu vetolardan yan keçəcək mexanizm işləyib hazırlayıb.

Globalinfo.az xəbər verir ki, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel “Financial Times”a müsahibəsində deyib. Bununla belə o prosesin çətin olacağını söyləyib.

Borrel deyib ki, Aİ zamanında Macarıstana Rusiyanın həbs edilmiş əmlakından Kiyevi silahlandırmaqda istifadə üçün NATO ilə Budapeştin bənzərini təklif edib:

“Biz Macarıstan təklif etdik ki, sizin pullarınız heç bir halda Ukraynaya dəstək üçün istifadə edilməyəcək. Təkcə öldürücü silahlar üçün yox, digər məqsədlər üçün də istifadə edilməyəcək. Bunun əvəzində Budapeşt AB-yə zamanət verməli idi ki, Ukrayna ilə bağlı qərarlara veto qoymayacaq. Lakin Macarıstan hakimiyyəti bu təklifi rədd etdi”.

Qeyd edək ki, Aİ XİN rəhbərləri Macarıstanın vetolarından yan keçmək barədə sxemi bu gün müzakirə edəcəklər.

Əliyar Xəlil
Globalinfo.az