Moldova Rusiya ilə əlaqələrini məhdudlaşdırmağa davam edir.
Globalinfo.az xəbər verir ki, bundan sonra ölkə əhalisi Rusiyaya pul köçürə bilməyəcək.
Eyni zamanda vətəndaşların Moldovadan “Zolotaya korona” sistemi vasitəsilə göndəriləcək vəsaiti alması da mümkün olmayacaq.
Artıq Moldova banklarında bu sistemin dayandırıldığı açıqlanıb.
Qeyd edək ki, “Zolotaya korona” Rusiya ilə Moldova arasında pul köçürmələrini gerçəkləşdirən son sistem idi.
Kişinyovun Moskva ilə münasibətləri Ukrayna müharibəsindən sonra kəskin hal alıb. Moldova açıq şəkildə avrointeqrasiya kursu seçdiyini bildirib. Bundan başqa Kişinyov Moskvanı ölkədə çevriliş cəhdində ittiham edib. Ölkədəki rusiyayönlü siyasətçilər isə onlara qarşı təzyiq dalğasının başladığını deyiblər.
Moldova əhalisinin böyük qismi xaricdən qazanılan vəsait hesabına yaşayışını təmin edir. Həmçinin bu vəsait əsasən Rusiya və Avropa İttifaqı ölkələrindən əldə edilir. Moldova əhalisinin böyük qismi də keçirilən sorğularda bundan razı olduqlarını bildirirdilər.
Əliyar Xəlil
Globalinfo.az