Rusiyanın Ukraynaya təcavüzü nəticəsində ölən uşaqların sayı açıqlandı

2022-ci ilin fevralından Rusiyanın hərbi təcavüzünün başladığı vaxtdan bəri Ukraynada azı 501 uşaq öldürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel tviterdə yazıb.

“Ukraynanın uşaqları və ailələri üçün daha bir faciəvi dönəm”, – o, sosial şəbəkədə vurğulayıb.

Rassel bildirib ki, əsl rəqəm BMT-nin təsdiq etdiyindən xeyli yüksəkdir.

UNICEF-in icraçı direktoru əlavə edib ki, hərbi əməliyyatlar zamanı 1 000-ə yaxın ukraynalı uşaq yaralanıb.