Rusiyanın Ukraynada itkisi fəlakət həddinə çatdı – Son rəqəmlər

Rusiya son sutka ərzində Ukraynada 470 nəfər hərbçi itirib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ukrayna ordusunun Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiyanın ümumilikdə Ukraynada verdiyi itki sayı 210 min nəfərə yüksəlib.

Bununla bərabər, Moskvanın indiyə qədər 3837 tank, 7512 zirehli maşın, 3555 artilleriya sistemi, 344 hava hücumundan müdafiə sistemi, 313 təyyarə, 298 vertolyot, 3175 PUA, 1132 qanadlı raket, 18 gəmi, 479 xüsusi texnika itirdiyi vurğulanıb.