ABŞ kəşfiyyatı Ukraynadakı əməliyyatlarla bağlı proqnoz verib

Ukraynada hərbi əməliyyatların tempi azalıb.

Globalinfo.az Modern.az-a xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatın direktoru Avril Hayns bildirib.

O, bu tendensiyanın yaxın gələcəkdə də davam edəcəyini qeyd edib.

“Biz münaqişədə bir növ səngimə müşahidə edirik… və biz gözləyirik ki, bu, çox güman ki, yaxın aylarda da belə olacaq”, – deyə xanım Hayns vurğulayıb.

ABŞ kəşfiyyatının məlumatına görə, həm Rusiya, həm də Ukrayna tərəfləri qışdan sonrakı əks-hücuma hazırlıq məqsədilə tədarükləri bərpa etmək istəyir.

Haynes hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı siyasi məqsədləri dəyişməyib.