“Ukrayna ordusunun Zaporojjya Atom Elektrik Stansiyasına (AES) hücumlarına cavab olaraq, Rusiya onların AES-lərinə zərbələr endirməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
O bildirib ki, mülki əhali zərər görə bilər:
“Biz düşmənə başqa yollarla zərər verəcəyik. Bunlar Ukrayna Silahlı Qüvvələrinin təlim mərkəzlərinə, istehsalat obyektlərinə, logistika və yüklərə zərbələr olacaq. Hər bir belə hücum Ukrayna ordusunda silah və texnikanın miqdarını azaldır və müharibənin tapşırıqlarını yerinə yetirərək rus qoşunlarının irəliləməsinə kömək edir”.
Kartapolov həmçinin qeyd edib ki, Ukrayna Zaporijjya AES-i vurmaqla humanitar fəlakət törətməyə və buna görə Rusiyanı günahlandırmağa cəhd edir.
Əliyar Xəlil
Globalinfo.az














