Rusiyanın şok Zəngəzur dəhlizi planı: Moskva sürpriz hazırlayır

Ermənistandakı hakimiyyət dəyişikliyinin əsas benefisiarı Rusiya olacaq.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

“Rusiyanın Ermənistanda və regionda toxunulmaz maraqları var. Onlar bir dəfə 2018-ci ildə Ermənistandakı proseslərə müdaxilə edərək, Serj Sərkisyanın hakimiyyətinin dəyişməsini dəstəkləyiblər, amma indi ehtiyat nümayiş etdirirlər. Analitiklər indi də güman edirlər ki, 2018-ci ildə Rusiya şirkətləri və rus-erməni biznesmenlər Paşinyanın başlatdığı hərəkata dəstək verməsəydilər, o, məhv olardı. Rusiya yəqin ki, Zəngəzur dəhlizinin verilməsi gündəmə gələrkən daha aktiv olacaq. Belə görünür ki, Paşinyan bu dəhlizi Avropa qüvvələrinin idarə edəcəyi halda verməyə hazırdır. Qərbin tələbi isə indiki dönəmdə Rusiyanı regiondan çıxardıb, koridora nəzarəti öz xüsusi xidmət orqanlarına verməkdir. Burada əsas Fransanın adı çəkilir” – deyə qəzet yazıb.

Əliyar Xəlil
Globalinfo.az