Putini ilk o təbrik etdi – Rusiyanın keçmiş prezidenti

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev Vladimir Putini seçkilərdəki qələbəsi münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında paylaşım edib.

“Vladimir Putini Rusiyada keçirilən prezident seçkilərində parlaq qələbəsi münasibətilə təbrik edirəm”, – paylaşımda bildirilir.

Qeyd edək ki, ilkin məlumata görə, Vladimir Putin hazırda Rusiyada keçirilən prezident seçkilərində səslərin 87,67 faizini toplayıb.

Əliyar Xəlil
Globalinfo.az