dron 1

Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri Baltikyanı ölkələrdən Sankt-Peterburq və Leninqrad bölgəsinə uçub”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” kanalı məlumat yayıb.

Bildirilib ki, dronlar Finlandiya körfəzi üzərindən hərəkət ediblər:

“İyunun 3-nə keçən gecə Leninqrad vilayəti üzərində 59 pilotsuz uçuş aparatı vurulub. Dron qalıqlarının Luqa rayonuna düşməsi nəticəsində dörd fərdi yaşayış evinə ziyan dəyib. Digər rayonlarda isə ilkin məlumatlara əsasən dağıntı və ya xəsarət alan olmayıb”.

Hücumlar Sankt-Peterburqa da təsir göstərib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, səhər saatlarında Kronştadt, Kirov və Krasnoselsk rayonlarında yerləşən obyektlər dronların hədəfinə çevrilib. Hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Bundan əlavə, bəzi infrastruktur obyektlərinə ziyan dəyib. Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Hazırda Sankt-Peterburq və Leninqrad vilayətində hava həyəcanı rejimi qüvvədədir. Bunun fonunda Pulkovo hava limanında 30-dan çox reys təxirə salınıb və ya ləğv edilib.

Qeyd edək ki, bundan əvvəl Sankt-Peterburqda mobil internet xidmətində də fasilələr müşahidə olunmuşdu.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: