Pakistanın keçmiş Baş naziri İmran Xan xəstəxanaya yerləşdirildikdən sonra yenidən həbsxanaya qaytarılıb.
Globalinfo.az modern.az-a istinadən xəbər verir ki, 73 yaşlı siyasətçi müalicə məqsədilə xəstəxanaya aparıldıqdan sonra yenidən həbsxanaya köçürülüb.
İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. Onun tərəfdarları keçmiş Baş nazirə qarşı irəli sürülən bir sıra ittihamların siyasi motivli olduğunu bildirirlər. Xan isə özünə qarşı açılan işlərin siyasi təzyiq vasitəsi kimi istifadə edildiyini dəfələrlə bəyan edib.
Pakistanın keçmiş Baş naziri 2024-cü il parlament seçkilərində həbsdə olduğu üçün iştirak edə bilməyib. Onun Pakistan Təhrik-e-İnsaf (PTI) partiyasının namizədləri isə müstəqil namizədlər kimi seçkidə iştirak ediblər.
İmran Xanın həbsdə saxlanılması Pakistanın siyasi gündəminin əsas məsələlərindən biri olaraq qalır. Onun tərəfdarları siyasətçinin azadlığa buraxılmasını tələb edir, hakimiyyət isə məhkəmə qərarlarının icra olunduğunu bildirir.
Keçmiş Baş nazirin xəstəxanaya aparılmasının səbəbləri və hazırkı səhhəti ilə bağlı əlavə detallar açıqlanmayıb.