“Avropa tənəzzülünün qarşısını almaq üçün Rusiyanı parçalamağa çalışır”.
Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bunu Massaçusets Universitetinin professoru Riçard Volf “Dialogue Works” “YouTube” kanalında bildirib.
“Onlar ABŞ-ı etməyə çalışdıqları işə, yəni Avropanın tənəzzülünü tərsinə çevirməyə cəlb etmək istəyirlər. Onlar Rusiyanı kiçik dövlətlərə bölmək istəyirlər.”, – deyə o vurğulayıb.
Professorun fikrincə, belə bir bölünmə Avropa ölkələrinə neft, qaz və ucuz elektrik enerjisi əldə etmək üçün imkanlar açacaq.