1665067715.belarus devlet baskani lukasenko ulkede 15339798 2902 amp

Belarus Prezidenti Aleksandr Lukaşenko təkcə Belarusun deyil,  Rusiyanın tələbatını ödəyəcək həcmdə kartof yetişdirilməsini qarşısına vəzifə qoyub.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Brest Vilayət İcraiyyə Komitəsinin sədri Pyotr Parxomçiklə görüşündə danışıb.

“Belarus üçün kartofla bağlı vəziyyət zarafat deyil, mühüm iqtisadi vəzifədir. Rus qardaşlarımıza kömək etməliyik”, – Lukaşenko bildirib.

Prezident xatırladıb ki, Belarus ənənəvi olaraq regionda aparıcı kartof istehsalçılarından biri hesab olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: