​​​​​​​Rus politoloqdan Yekaterinburq hadisələrinə reaksiya: “Dəhşətdir!”

​​​​​​​Rus politoloqdan Yekaterinburq hadisələrinə reaksiya: “Dəhşətdir!”

Rusiyalı politoloq Sergey Markov Yekaterinburqda azərbaycanlılara qarşı törədilənlərə münasibət bildirib. O, saxlanılan şəxslərin ölümünün və digərlərinin reanimasiya vəziyyətinə düşməsinin qəbuledilməz olduğunu vurğulayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Markov özünün teleqram kanalında paylaşım edib.

“Yekaterinburqda baş verənlər – bu, ilk dəfədir ki, mən hadisənin aydın təsvirini görə bilirəm. Mülki şəxslərin, heç bir müqavimət göstərməyən insanların saxlanılmasından sonra iki nəfər ölür, üç nəfər isə reanimasiyadadır – bu, dəhşətdir. Belə olmamalıdır. Narazılıq da tamamilə başadüşüləndir. İndi isə əsas məsələ budur ki, hərtərəfli, şəffaf araşdırma aparılsın, rəsmi açıqlama verilsin və günahkarlar cəzalandırılsın”, – deyə Markov bildirib.

Qeyd edək ki, hadisə Rusiya İstintaq Komitəsinin nəzarətinə götürülüb. Komitə sədri Aleksandr Bastrıkin məsələ ilə bağlı təcili hesabat tələb edib.

Aysel Əliyeva
Globalinfo.az