Rusiyalı jurnalist Ukraynada öldü

Rusiyanın “İzvestiya” telekanalının hərbi jurnalisti Semyon Yeremin Ukraynada əməliyyat zonasında ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə telekanal məlumat yayıb.

Qeyd edilib ki, S.Yeremin Ukraynada müharibənin başladığı gündən hərbi əməliyyatların aparıldığı ərazilərdə idi.