Dövlət Dumasının deputatı Leonid İvlev ABŞ Prezidenti Donald Trampı Krıma səfərə dəvət edib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Deputat bildirib ki, Tramp dəfələrlə Krımın Ukraynaya qaytarılmasının mümkünsüz olduğunu vurğulayıb və son açıqlamaları da bu mövqeni bir daha təsdiqləyib.
İvlevin sözlərinə görə, bu yanaşma krımlılar üçün ABŞ Prezidentini yarımadaya tam formatda istirahətə dəvət etməyə əsas yaradır.
O, Trampa Sudak və Yaltanın çimərliklərini, Alupka və Livadiya saraylarını görməyi, yerli əhali ilə ünsiyyətdə olmağı təklif edib.
ABŞ lideri daha əvvəl Krımla bağlı fikirlərini paylaşaraq yarımadanın gözəlliyini vurğulayıb. Onun sözlərinə görə, xəritəyə baxdıqda Krımın dörd tərəfdən su ilə əhatələnən əsl cazibədar məkana bənzədiyini görmək olur.
Tahir Turan
Globalinfo.az