Rusiyadan qonaq gəlmişdi, qəfil öldü

Rusiyadan qonaq gəlmişdi, qəfil öldü

Mingəçevir şəhərində yeniyetmə qəfil vəfat edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü Aslan Yusubov gecə saat 00 radələrində yaşadığı evdə qəfil dünyasını dəyişib.

O, evdə oturduğu zaman özünü pis hiss edib və vəfat edib.

Yaxınları bildirib ki, Rusiya vətəndaşı olan Aslan ailə üzvləri ilə birgə bir neçə gün əvvəl Azərbaycana qonaq gəlibmiş.

Hazırda faktla bağlı araşdırma aparılır.