Kiyev “İsgəndər”lərlə vuruldu: ölənlər var

Kiyev "İsgəndər"lərlə vuruldu: ölənlər var

Rusiya Kiyevə ağır raket zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Ukrayna Baş Qərargahı yayıb.

Məlumata görə, zərbələr daha çox mülki obyektlərə, o cümlədən uşaq poliklinikasına dəyib. Moskvanın Kiyevə zərbələri “İsgəndər”lərlə həyata keçirdiyi qeyd edilib.

Ümumilikdə hücum nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

Qeyd edək ki, bundan öncə Kremlə və Putinin digər iqamətgahına dronlarla hücum gerçəkləşib. Rusiya tərəfi hücumun arxasında Ukraynanın dayandığını açıqlayıb.

İlkin Həsənov
Globalinfo.az