Rusiyadan nüvə savaşı anonsu: “…bizi parçalayacaqlar”

Əgər Vaşinqton Moskvanın məğlubiyyətini istəyirsə, o zaman dünya qlobal konflikt ərəfəsindədir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.

Onun sözlərinə görə, Moskva bütün vasitələrlə, o cümlədən nüvə silahı ilə müdafiə olunacaq:

“Bütün dərrakəli güclərə aydındır ki, əgər ABŞ Rusiyanın məğlubiyyətini istəyirsə, demək, biz dünya konfliktinin ərəfəsindəyik. Vaşinqton Rusiyanın məğlubiyyətini istəyirsə, biz hər şeylə, o cümlədən nüvə silahı ilə müdafiə olunacağıq. Bu gün Ukraynada xüsusi əməliyyatı dayandırsaq, bizi hissələrə böləcəklər. Müharibə ancaq ABŞ-ın Kiyevə yardımları dayandırdığı zaman bitəcək”.

Qeyd edək ki, bundan öncə Rusiya Prezidenti Vladimir Putin Moskvanın strateji hücum silahları haqqında razılaşmada iştirakını dayandırdığını açıqlayıb.

İlkin Həsənov
Globalinfo.az