Rusiyadan III Dünya müharibəsi mesajı

Ukraynaya hücum silahlarının tədarükü qlobal fəlakətə gətirib çıxaracaq.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“NATO və ABŞ-ın dinc şəhərlərə zərbə cəhdi daha güclü silahdan istifadə ilə bağlı cavab tədbirlərinə gətirib çıxaracaq. Avropa parlamentlərinin deputatları və Konqres üzvləri insanlıq üzərində məsuliyyəti dərk etməlidirlər”, – o bildirib.

Volodinin sözlərinə görə, Vaşinqton və Brüsselin atdığı addımlar dünya miqyasında faciəyə səbəb olmaqla bərabər, onların ölkələrini də məhv edə bilər.