fridrix merz

Almaniyanın kansleri Fridrix Merts bəyan edib ki, Avropa İttifaqı ilə ABŞ arasında yaranmış ticarət mübahisəsinin həlli üçün 1 avqusta qədər qalan vaxt səmərəli şəkildə dəyərləndirilməlidir.

Globalinfo.az xəbər verir ki, Merts bu barədə “ARD” telekanalına müsahibəsində danışıb.

Kansler qeyd edib ki, əgər vəziyyət dəyişməzsə, ABŞ-a qarşı genişmiqyaslı cavab tariflərinin tətbiqini dəstəkləyir.

“Bu məsələni həftəsonu Makron və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə, cümə günü isə ABŞ Prezidenti ilə müzakirə etdim. İndi bizim 1 avqusta qədər iki həftədən bir qədər çox vaxtımız var və bu müddəti razılaşmaya nail olmaq üçün istifadə etmək istəyirik”.

Tahir Turan

Globalinfo.az

Paylaş: