Rusiya ordusunun genişmiqyaslı əks-hücum əməliyyatı keçirəcəyi ilə bağlı şayiələr Xarkovda küçələrin boşalmasına səbəb olub.
Globalinfo.az xəbər verir ki, bu barədə yerli sakinlər sosial şəbəkə hesablarında qeyd ediblər.
“Hələlik hər şey sakitdir, amma küçələrdə adam yoxdur. Deyəsən, hamını aparıblar. Nəqliyyatda adamlar var, amma küçələrdə azdır. Eyni zamanda məbədin yaxınlığında insanlara rast gəlmək mümkündür. İnsanlar Xarkovu tərk edirlər”, – deyə yayılan məlumatlarda bildirilib.
Qeyd edək ki, xarici KİV-lərdə Rusiyanın Sumı, Xarkov və Zaporojya vilayətləri də daxil olmaqla, bütün cəbhə xətti boyunca genişmiqyaslı hücum planlaşdırdığı barədə xəbərlər yayılır.
Əliyar Xəlil
Globalinfo.az














