Rusiyanın Tallindəki səfirliyi Estoniya XİN-ə nota verib.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat səfirliyin “Telegram” hesabında paylaşılıb.
Valqa şəhərindəki kütləvi məzarlıqda Qızıl Ordunun əsgərinin adı qeyd olunan lövhənin sökülməsi səfirliyin etirazına səbəb olub.
Estoniya hökumətindən sovet hərbi-memorial irsi sayılan abidələrə qarşı “çirkin kampaniyaya” son qoyulması tələb edilib.
Səfirliyin paylaşımında Estoniyanın bu davranışının “qəhvəyi vəba” ilə mübarizədə həyatını itirən əsgər və zabitlərin xatirəsinə hörmətsizlik olduğu qeyd edilib.
Əliyar Xəlil
Globalinfo.az














