Rusiya Ermənistanı cəzalandırmağın yeni yolunu tapdı

“Rusiya Hindistandan alınan silahların Ermənistana gətirilməsinə maneə yaradır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin sabiq deputatı Qayane Abramyan qeyd edib.

“Rusiya Ermənistanın Hindistandan aldığı silahların İran üzərindən gətirilməsinə icazə vermir. İrəvan illərdir pul ödəyir, amma əvəzində satın aldığı silahları əldə edə bilmir. Hələ də ala bilmədiyimiz silahların pulunu kreditlə ödəyirik”, – o bildirib.

Qeyd edək ki, ekspertlər Kremlin bu yolla İrəvanı cəzalandırdığını deyirlər.

Ayşən Mustafa
Globalinfo.az