Rusiyadan Çexiyaya qarşı yeni “həmlə” – Casuslar hərəkətə keçdi

Rusiyadan Çexiyaya qarşı yeni "həmlə" - Casuslar hərəkətə keçdi

“Rusiya Çexiyada öz agentlərinin təsirini bərpa etməyə çalışır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Çexiya İnformasiya Təhlükəsizliyi Xidmətinin (BIS) illik hesabatında deyilir.

Bildirilir ki, Çexiya kəşfiyyat xidməti Rusiyanı ölkənin təhlükəsizliyi üçün ən böyük təhdid hesab edir.

“Rusiyanın dünyanın geosiyasi xəritəsini yenidən cızmaq və yeni dünya nizamı yaratmaq cəhdləri indi qlobal birlik üçün ən böyük təhlükə və çağırışdır. Rusiya təkcə Ukraynadakı müharibəyə görə deyil, həm də Qərb cəmiyyətlərində münaqişələri dərinləşdirdiyinə, dezinformasiya yaydığına,  təxribatçı fəaliyyətlərinə görə təhlükə yaradır. Rusiya 2021-2022-ci illərdə Praqadakı səfirliyinin bir çox əməkdaşı və diplomatı ölkədən çıxarıldıqdan sonra öz agentlərinin Çexiyadakı təsirini bərpa etməyə çalışır. Yeni agentləri işə götürmək üçün ruslar ilk növbədə Teleqram messencerindən istifadə edirlər”, – deyə İnformasiya Təhlükəsizliyi Xidmətinin direktoru Mixal Koudelka vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az