Rusiya BMT Təhlükəsizlik Şurasının iclasının fevralın 17-də keçirilməsini tələb edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski sosial media hesabında paylaşım edib.
Onun sözlərinə görə, Rusiya bu addımı Qərb diplomatlarının sözügedən mövzuda fevralın 24-də iclas keçirilməsi tələbinə cavab olaraq atıb.
“Qərbli həmkarlarımız, çox güman ki, dünyanın Ukraynanı unutmasına imkan vermək istəmirlər. Onlar elə ilk günlərdən artıq 24 fevral tarixinə Ukraynada xüsusi əməliyyatların (onlar bunu başqa cür adlandırırlar) üçüncü ildönümü ərəfəsində iclas tələb ediblər. Biz də cavabında Təhlükəsizlik Şurasının 2202 saylı qətnaməsinin qəbul edilməsinin 10-cu ildönümü münasibətilə iclas tələb edirik”, – deyə Polyanski qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az














