Rusiya hökuməti benzinin ixracına qoyulan qadağanın müddətini uzadıb.
Globalinfo.az xəbər verir ki, qadağa sentyabrın 30-a qədər başa çatacaq və həm birbaşa istehsalçılara, həm də adi pərakəndə satıcılara şamil olunacaq.
Mövcud qadağa avqustun 31-də başa çatmalı idi. Hansı ki, fevralda adi pərakəndə satıcılar üçün tətbiq edilib, iyulda isə istehsalçılara şamil olunub.
Meduza qeyd edir ki, Rusiyada benzinin topdansatış qiyməti bu yay rekord həddə çatıb. Ənənəvi mövsümi amillə yanaşı, buna Ukrayna Silahlı Qüvvələrinin enerji infrastrukturuna tez-tez hücumları da təsir göstərir.
Reuters hesab edir ki, bu, Rusiyanın neft emalı gücünün 17%-ni sıradan çıxarıb.
Əliyar Xəlil














