Rusiyadan ABŞ-ın bombardmanına reaksiya – BMT TŞ-nin təcili iclası

Rusiyadan ABŞ-ın bombardmanına reaksiya - BMT TŞ-nin təcili iclası

Rusiya Federasiyası ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının iclası fevralın 5-nə planlaşdırılır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova da ABŞ-ın Suriya və İraqa hücumuna reaksiya verib.

O bildirib ki, Rusiya ABŞ-ın bu ölkələrə zərbələr endirməsi pisləyir, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyir.

“Böyük Britaniya amerikalıların hərəkətlərini dəstəklədiyinə görə cavab verməlidir. Heç kim beynəlxalq koalisiya illüziyası yaratmamalıdır”, – M.Zaxarova deyib.

Globalinfo.az