Rusiyadan 3 dəqiqəlik əməliyyat: onlar məhv edildi – VİDEO / YENİLƏNDİ

Rostovdakı 1 saylı istintaq təcridxanasının əməkdaşları terrorçulara qaçışlarını təşkil etməyə kömək edə bilərdilər.

Bu barədə “Mash” Teleqram kanalı yazır.

Mənbənin sözlərinə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları bu versiyanı nəzərdən keçirirlər.

***

Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, 3 dəqiqəlik əməliyyat zamanı cinayətkarlar zərərsizləşdiriliblər.

Rostov İstintaq Təcridxanasının girovluqdan azad edilən əməkdaşları xəsarət almayıblar.

Qeyd edək ki, Rostov həbsxanasına hücum edənlərin 5-nin kiliyi müəyyən edilib: M.Ş. Saypudinov (Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsinin 2-ci bəndi a.g.), A.M.Çiçkiyev (Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndi), D.V.Kamneyev (Cinayət Məcəlləsinin 288.2-ci maddəsi), T.M.Gireyev (Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi), Ş.A.Akiyev (CM-nin 205.5-ci maddəsinin 2-ci bəndi).

Gireyev, Çiçkiyev və Akiyev 2023-cü ilin dekabrında İŞİD-də iştirakda və terror aktı hazırlamaqda (onlar Qaraçayevo-Çərkəz Ali Məhkəməsinin binasına hücum etməyi planlaşdırırdılar) mühakimə olunublar. Gireyev və Akiyev 18 il, Çiçkiyev isə 18 il yarım müddətinə azadlıqdan məhrum ediliblər.

İlkin məlumata görə, istintaq təcridxanasında girov götürən cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər.

Onlarla danışıqlar aparılır. Hadisə yerinə xüsusi təyinatlı polislər cəlb edilib.