Rusiyadakı dəhşətli terrorda yaralananların sayı kəskin artdı

Rusiyanın Moskva vilayətində “Krokus Siti Holl” konsert kompleksində baş vermiş terror aktı zamanı yaralananların sayı 360 nəfərə çatıb.

Globalinfo.az bildirir ki, bu barədə “112” Teleqram kanalı xəbər verib.

Bundan əvvəl terror aktı nəticəsində 182 nəfərin yaralandığı bildirilmişdi.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda “Krokus Siti Holl” konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb.

Terrorçular həbs olunublar. Onlar artıq sifarişçilər haqqında ifadə veriblər.