Qarabağdan çıxan sülhməramlılarla bağlı iddia böyüyür

Məlum olduğu kimi, Rusiya sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsini tərk etməyə başlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, “Bild” nəşrinin hərbi analitiki Yulian Röpke məsələyə münasibət bildirib.

Onun sözlərinə görə, bu kontingentin Ukrayna cəbhəsinə göndərilə biləcəyi ilə bağlı bəzi informasiyalar var:

“Kontingentin ümumi sayı təxminən 2 min hərbi qulluqçudan ibarətdir. Rus sülhməramlılar onlarla yeni BTR-82A zirehli personal daşıyıcısı ilə silahlanıblar ki, bu da rusların zirehli texnikalarının kəskin çatışmazlığı olan cəbhədə faydalı olacaq”.