Rusiyada Yutubun (Youtube) fəaliyyəti dayandırılıb.
Globalinfo.az xəbər verir ki, bu gündən etibarən ölkənin azı 20 regionunda sözügedən sosial şəbəkəyə giriş mümkün olmayıb. Yutub qadağası ölkə ərazisindəki bütün cihazlar üçün tətbiq olunub.
Qeyd edək ki, iyulun 25-də Rusiya Dumasının deputatı Aleksandr Xinşteyn hökumətin Yutubun fəaliyyətini 70% zəiflədəcəyini açıqlamışdı. O bu qərarını Yutubun Rusiya qanunvericiliyini pozması ilə əlaqələndirib.
Rusiyanın Ukraynada müharibə başlatmasından sonra Yutub Kreml təbliğatçılarının bir sıra kanallarını bloklamışdı.
Sosial şəbəkə Putin hakimiyyətinin əleyhdarı olan jurnalistlər tərəfindən geniş istifadə olunurdu.
Əliyar Xəlil
Globalinfo.az














