Rusiyada yaşayış binasında güclü yanğın – VİDEO

Rusiyada yaşayış binasında güclü yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə  Krasnodar diyarının Anapa şəhərindəki onbirmərtəbəli binada baş verib.

Hadisə nəticəsində 1 nəfər yaralanıb.

Bildirib ki, binada olan 440 nəfər, o cümlədən 112 uşaq təxliyə edilib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 100-dən çox canlı qüvvə və 37 texnika cəlb olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyi min kvadratmetr sahənin yandığını bildirib.