Rusiyada dəhşətli təyyarə qəzası: 75 nəfər öldü – VİDEO / YENİLƏNDİ

Rusiyada hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 75-ə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Qeyd olunub ki, təyyarə yerə düşməzdən əvvəl havada partlayış səsləri eşidilib.

X X X

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan hərbi-nəqliyyat təyyarəsinin göyərtəsində 74 nəfər olub və onların hamısı ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Rəsmi qurumlar hələ ki məlumatı təsdiqləməyib.

***13:28

Belqorodda qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin üzvü olan 65 hərbi əsir olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza zamanı təyyarənin göyərtəsində hərbi əsirlərlə yanaşı 6 ekipaj üzvü və mühafizəçinin də olduğu bildirilib.

Qeyd edək ki, təyyarə əsirlərin mübadiləsi üçün aparılarkən qəzaya uğrayıb.

***

Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilər işlədiyi, qəza ilə bağlı araşdırma aparıldığı bildirilir.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.