Rusiyada su anbarı dağıldı: minlərlə ev su altında qaldı

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində su anbarının daşması nəticəsində 3 nəfər ölüb, 2400-dən artıq yaşayış evi və 3065 həyətyanı ərazi su altında qalıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə regional hökumətin mətbuat xidmətindən bildirilib.

Orsk şəhərinin meri Vasili Kozupitsa deyib ki, aprelin 6-da Ural çayının səviyyəsi normadan artıq qalxaraq 9,27 metr təşkil edib.

Məlumata görə, subasmaların 2 həftəyədək davam edəcəyi gözlənilir.

Vurğulanıb ki, Orenburqa martın sonunda leysan yağıb. Ona görə də aprelin 4-də bölgədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Rusiya Fövqəladə Hallar Nazirliyi məlumatına görə, Orenburq vilayətinin Orsk şəhərində su anbarı tamamilə dağılıb.

Bildirilib ki, Aktübinsk su anbarından axan suyun da həcmi artıb.