mer

Rusiyanın Nalçik şəhərinin meri Taymuraz Axoxov vəfat edib.

Globalinfo.az bu barədə “İnterfax” agentliyi məlumat yayıb.

Bildirilib ki, Axoxov 55 yaşında dünyasını dəyişib.

Onun ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb.

Lakin “Baza” Telegram kanalının məlumatına görə, T.Axoxov ağciyər emboliyası və ürək dayanmasından vəfat edib:

“O, əvvəlcə nəfəs darlığı hiss edib, daha sonra huşunu itirib. Merin yaxınları təcili tibbi yardımı çağırıblar.

Hadisə yerinə gələn həkimlər isə onun artıq vəfat etdiyini müəyyən ediblər”.

Qeyd edək ki, Axoxov 2018-ci ildə Nalçik şəhər administrasiyasının rəhbəri vəzifəsinin icraçısı təyin edilmişdi.

Paylaş: