Makrona sui-qəsd edən şəxs həbs olundu

French President Emmanuel Macron looks on after delivering a speech to the Nexus Institute in the Amare theatre in The Hague on April 11, 2023 as part of a state visit to the Netherlands. (Photo by Ludovic MARIN / AFP)

Fransa hüquq-mühafizə orqanları bu ilin aprelində Fransa Prezidenti Emmanuel Makrona sui-qəsddə şübhəli bilinən şəxsi saxlayıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə aprelin 27-də 1791-1804-cü illər Haiti İnqilabının lideri Tussen Luvertyurun xatirəsinə həsr olunmuş mərasimdən sonra baş verib.

Emmanuel Makronun olduğu Şato de Ju qalasının ətrafında təqaüd islahatına qarşı çıxan etirazçılar toplanıb və kordonu yarmağa cəhd ediblər. Toqquşmalar zamanı jandarmlar gözyaşardıcı qazdan istifadə ediblər. Makron vertolyotla oradan uzaqlaşmaq istədikdə etirazçılardan biri onun üzərinə qaz bombası atıb.

Araşdırma zamanı məlum olub ki, pirotexniki vasitələri prezident iqamətgahına solçu hərəkat fəallarından olan 20 yaşlı dülgər keçirib. Həmin şəxs evində saxlanılıb və nəzarətə götürülüb.

Fransa antiterror prokurorluğu vertolyotu məhv etmək cəhdi, onun içində olan hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına sui-qəsd və prezidentin həyatına sui-qəsd faktları ilə bağlı gənc barəsində araşdırmalara başlayıb. Onun əməlinin həqiqətən də helikopterin düşməsi ilə nəticələnə bilib-bilmədiyi ekspertiza zamanı müəyyən ediləcək.

Saxlanılan şəxs öz əməlini inkar etməyib və bildirib ki, bu yolla Makrona “meydan oxumaq” və respublika sakinlərinin onun siyasəti ilə razılaşmadığını bildirmək istəyib.

İttiham tərəfi şübhəlinin həbs müddətinin uzadılmasında və onun psixiatrik ekspertizadan keçirilməsində israrlıdır. Saxlanılan şəxsin vəkili isə öz növbəsində qeyd edib ki, müttəhimin ən azı bir il müddətinə azadlıqdan məhrum edilməsi tələbindən apellyasiya şikayəti verib. (oxu.az)