1013477 src


Rusiyada yeni səfərbərlik elan olunacağı ilə bağlı yayılan məlumatlara Moskva rəsmisindən reaksiya gəlib.

Globalinfo.az xəbər Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bu xəbərləri yalan, uydurma və təxribat adlandırıb.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin hazırda yeni səfərbərliklə bağlı heç bir planı yoxdur.

Medvedev bildirib ki, bu cür məlumatların xüsusilə Dövlət Dumasına seçkilər ərəfəsində yayılması əhalidə narahatlıq yaratmağa hesablanıb.

O, Rusiyanın Avropa ilə müharibəyə hazırlaşdığı barədə xəbərləri də “cəfəngiyyat” adlandırıb.

Medvedevin iddiasına görə, Rusiyanın Avropada hərbi məqsədləri yoxdur. Bu məlumatlar Ukraynaya yardımı əsaslandırmaq və Rusiyaya qarşı təzyiqi artırmaq məqsədi daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: