Rusiyada qırıcı təyyarə qəzaya uğradı: Ölənlər var

Rusiyada qırıcı təyyarə qəzaya uğradı: Ölənlər var

Rusiyanın şimal-qərbində yerləşən Kareliya Respublikası ərazisində Su-30 qırıcısı qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, təyyarədə olan hər iki pilot həlak olub.

Faciə Kareliyanın Prionejski rayonunda baş verib. Qəza yerinə təcili tibbi yardım briqadası göndərilib.

Qeyd edək ki, bundan əvvəl Dağıstanda Ka-226 turist helikopteri qəzaya uğramışdı. Hadisə noyabrın 7-də Qarabudaxkənd rayonunda baş verib. Təyyarədə yeddi nəfər olub. Onlardan 3-ü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, daha 4 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Tahir Turan
Globalinfo.az