Rusiyada qatarlar toqquşdu: yaralılar var

Rusiyanın Ulyanovsk vilayətində 396 sərnişinin olduğu Adler-Perm qatarı manevr edən teplovozla toqquşub.

Globalinfo.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Kuybışev dəmir yolunun 962 km-də baş verib.

Toqquşma nəticəsində ölən olmayıb.

Rusiya Dəmir Yollarından isə bildirib ki, 25 sərnişin, o cümlədən biri yeniyetmə olmaqla xəsarət əlamətləri ilə həkimə müraciət edib.

Sərnişinlər arasında 94 uşağın olduğu qeyd edilib.

Rusiya İstintaq Komitəsinda faktla bağlı araşdırma aparılır.