
İyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın öldürülən iki azərbaycanlının – Ziyəddin və Hüseyn Səfərovun nəşləri Səhiyyə Nazirliyinin nəzdindəki Klinik Tibbi Mərkəzin morquna gətirilib.
Hazırda ekspertizanın nəticəsi gözlənilir.

***21:15
Yekaterinburq şəhərində OMON-çuların hücumu zamanı amansızcasına qətlə yetirilən azərbaycanlı Hüseyn və Ziyəddin Səfərovların nəşləri Heydər Əliyev Beynəlxalq Hava Limanından xüsusi avtomobillərlə Respublika Məhkəmə-Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə müayinə üçün yola salınıb.
Cənazələr ekspertizadan keçirildikdən sonra ailələrinə təhvil veriləcək.


***21:10
Qardaşların meyiti yaxınlarına təhvil verilib.
Meyitlər ekspertizadan keçiriləcək, sabah isə Ağcabədidə dəfn olunacaqlar.
***20:30
Rusiyanın Yekaterinburq şəhərində xüsusi amansızlıqla qətlə yetirilən azərbaycanlı qardaşlar-Ziyəddin və Hüseyn Səfərovların cənazələri Azərbaycana gətirilib.
Globalinfo.az xəbər verir ki, mərhum Səfərovların nəşini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
Bir qədər sonra cənazələr ailə üzvlərinə təhvil veriləcək.












***20:10
Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən öldürülən azərbaycanlıların meyitləri Vətənə yola salınıb.
Globalinfo.az xəbər verir ki, cənazələr bu gün ailələrə təhvil verilib.
Öldürülən azərbaycanlıların qardaşı tanınmış jurnalist Seyfəddin Hüseynli hazırda Azərbaycan Beynəlxalq Hava Limanındadır.
Qardaşlarının nəşini gözləyən Seyfəddin Hüseynli jurnalistlərə açıqlama verib.
Videonu təqdim edirik:
[video width=”1280″ height=”720″ mp4=”https://cdn.globalinfo.az/2025/06/VID-20250630-WA0105.mp4″][/video]
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Əliyar Xəlil
Globalinfo.az














