Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi Ziyəddin, Bakir və Hüseyn Səfərovların evinə basqın edib. Basqını zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib, döyülmə nəticəsində 8 nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərov müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Globalinfo.az xəbər verir ki, öldürülən azərbaycanlılar tanınmış ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Seyfəddin Hüseynli Azərbaycan Yazıçılar Birliyinin “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, “525-ci qəzet”in ədəbiyyat, mədəniyyət və təhsil sahələri üzrə baş redaktor müavinidir.














