“Rusiyanın Yekaterinburq şəhərində saxlanılan azərbaycanlıların bir neçə qətl epizodunda və adam öldürməyə cəhddə bilavasitə əlaqələri var”.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə region üzrə istintaq komitəsi məlumat yayıb.
Bildirilir ki, onları ömürlük həbs cəzası gözləyir:
“Əsas iş bir neçə cinayət əlaməti üzrə araşdırılır:
– bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl;
– muzdlu qatil tutularaq törədilən qətl;
– muzdlu qatil tutularaq adam öldürməyə cəhd.
Şübhəlilər eyni etnik cinayətkar qrupun üzvləridir. Müstəntiqlərin fikrincə, ittihamların irəli sürüldüyü epizodlar Yekaterinburqda 2001, 2010 və 2011-ci illərdə baş verib.
Bir neçə şübhəli artıq etirafedici ifadələr verib və istintaqla əməkdaşlıq edir.
Hazırda qətimkan tədbirin seçilməsi məsələsi həll edilir. Əcnəbilərin digər cinayətlərdə də iştirakları yoxlanılır”.














