Rusiyada helikopter qəzaya uğradı

 

Rusiyanın Amur vilayətində “Robinson R-66” helikopteri qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, göyərtədə 6 nəfər olub. Onlardan 4 nəfərinin həlak olduğu bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.

Zaira Akifqızı
Globalinfo.az