Rusiyada güclü zəlzələ oldu

Rusiyanın şərqində yerləşən Kamçatka diyarında 6,1 maqnitudalı zəlzələ olub.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kamçatkada yerləşən Geofizika Xidməti məlumat yayıb.

“Zəlzələnin episentri Severo-Kurilskdən 128 km aralıda olub”, – Xidmətin məlumatında qeyd olunur.

Yeraltı təkanların ocağının 59 kilometr dərinlikdə yerləşdiyi bildirilib.