1643460789 kremlin01

24 ildir Rusiyada yaşayan türkiyəli tikinti işçisinin paylaşımı maraq doğurub.

Globalinfo.az xəbər verir ki, o, ölkəsinə qayıtmağı düşündüyünü deyib.

Rusiya artıq əvvəlki kimi deyil. Ölkənin ən böyük tikinti şirkətlərindən biri təxminən iki aydır ki, podratçılarına ödəniş etmir. Hazırda vəziyyət belədir. Demək olar ki, işləyən yoxdur.

Mən təxminən 23-24 ildir Rusiyadayam. Bu müddətdə tikinti sahəsində çalışmışam və bir neçə dəfə böhran görmüşəm. Amma onların heç biri nə tikinti sektoruna, nə də insanların gündəlik həyatına indiki qədər təsir etməmişdi. Bu dəfə isə hər şey tamamilə fərqlidir”, – deyə o qeyd edib.

Sözügedən şəxs bildirib ki, Rusiyada benzinin, ərzağın qiyməti xeyli bahalaşıb:

“Buna görə hamı çətinlik çəkir. Təbii ki, Türkiyədə olduğu kimi burada da hər şeyi internetdə açıq şəkildə göstərmirlər. Amma reallıq budur ki, yaşayış şəraiti nəzərəçarpacaq dərəcədə pisləşib.

Məncə, Rusiya yaxın 5-6, hətta bəlkə də 10 il ərzində özünə gələ bilməyəcək. Ya Türkiyəyə qayıtmağın, ya da başqa ölkəyə getməyin vaxtıdır”.

Qeyd edək ki, son aylarda Rusiyada tikinti sektorunda yavaşlama, dövlət sifarişlərinin azalması, ipoteka dəstəyinin məhdudlaşdırılması və bəzi podratçı şirkətlərin ödənişlərlə bağlı çətinlik yaşaması barədə məlumatlar yayılıb.

Günel Cəlil
Globalinfo.az

Paylaş: