1751269401 1751106726 685eea5513dd5685eea5513dd61751050837685eea5513dd3685eea5513dd4

Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən genişmiqyaslı əməliyyatlardan bir il ötür.

Globalinfo.az xəbər verir ki, 2025-ci il iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının, o cümlədən OMON xüsusi təyinatlılarının keçirdiyi əməliyyat zamanı onlarla azərbaycanlı saxlanılıb.

Onlar ifadə vermək üçün Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə aparılıb.

Məlumata görə, saxlanılan şəxslər arasında 2001-ci ildə baş vermiş və uzun illər açılmamış qətl hadisəsi üzrə əsas şübhəlilərdən birinin də olduğu iddia edilir.

Rusiya İstintaq Komitəsi bildirilmişdi ki, bir sıra ünvanlarda axtarışlar aparılıb, müxtəlif cinayət əməllərində iştirak etməkdə şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Qeyd edək ki, bu, Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən ilk genişmiqyaslı əməliyyat deyil.

Yerli KİV-lər daha əvvəl də nazirlik rəsmilərinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxslərin analoji qaydada saxlanıldığı barədə məlumatlar yayıblar.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: