Rusiyada 60 min insan işıqsız qaldı

Rusiyanın Sverdlovsk vilayətində 60 min insan işıqsız qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Teleqram kanalında məlumat verilib.

Məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən elektrik enerjisinin verilişində fasilə yaranıb.

Problemin aradan qaldırılmasına 371 nəfər və 118 texnika cəlb olunub.

Daha öncə “Rosseti Ural”ın mətbuat xidməti şirkətin məsuliyyət zonasında olan 40 minə yaxın istehlakçının işıqsız qaldığını bildirmişdi.

Müşviq Tofiqoğlu
Globalinfo.az