“Küveytdə yerləşən ABŞ hərbi qüvvələrinə yönəlmiş pilotsuz uçuş aparatlarının hücum cəhdinin qarşısı alınıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” platformasında məlumat yayıb.
Bildirilib ki, axşam saatlarında həyata keçirilən və ABŞ hərbçilərini hədəf alan növbəti pilotsuz uçuş aparatı dalğası hədəflərinə çata bilməyib:
“Hava hücumundan müdafiə sistemləri bir neçə dronu zərərsizləşdirərək şəxsi heyət və hərbi texnikaya zərər dəyməsinə mane olub”.
Digər tərəfdən, İran tərəfinə yaxınlığı ilə tanınan “Sabereen News” telekanalı fərqli məlumat yayıb.
Kanalın iddiasına görə, üç ballistik raket Küveytdəki ABŞ hədəflərinə zərbə endirib.
Safura Bənnayeva
Globalinfo.az