WhatsApp Image 2024 08 13 at 16.20.50

Rusiya 2008-2014-cü illərdə Qərbi Avropada yerləşən bir neçə ölkədəki NATO bazalarını nüvə başlıqlı raketlərlə vurmaq üçün strategiya hazırlayıb. 

Globalinfo.az xəbər verir ki, nüfuzlu “Financial Times” nəşri Moskvanın planlarının yer aldığı sənədi ortaya çıxarıb.

Nəşrin məlumatına görə, Moskvanın bu planı “NATO ilə müharibədə özünümüdafiə strategiyası” adlandırılıb. Sənədlər hazırlandıqdan sonra Kremlə təqdim edilib və müzakirə olunub, lakin icrası ilə bağlı hər hansı tapşırıq verilməyib.

Strategiyaya əsasən, NATO hücum edəcəyi təqdirdə Rusiya sualtı gəmilərdəki nüvə başlıqlı raketlərlə eyni vaxtda Qərbi Avropadakı bir neçə ölkənin strateji ərazilərindəki bazalara zərbələr endirəcəkdi.

Nəşrin yaydığı xəritədə Türkiyə, Almaniya, Rumıniya, Bolqarıstan, Böyük Britaniya, Norveç, İsveç, Estoniya, Fransa kimi ölkələrin hədəf göstərildiyi məlum olub. Hətta Rusiyanın müttəfiqləri Çin, Şimali Koreya və İran ərazilərinin də hədəfə alındığı ortaya çıxıb.

f4c41f11 b12d 4887 9938 3c4275ff4364 c620cead d470 4776 b63b 809a5d112968

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: