Xankəndiyə gedən rus TIR-ı hansı şəhərdə yüklənir?

Bir neçə gün sonra Rusiyadan Qarabağa növbəti humanitar yardım TIR-ı göndəriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə separatçılar məlumat yayıb.

Rostov şəhərində yardımların BQXK avtomobillərinə yüklənəcəyi, Ağdam-Xankəndi, Gorus-Xankəndi və Laçın yollarından keçərək Xankəndi və ətraf ərazilərə çatdırılacağı bildirilir.

Qeyd edək ki, sentyabrın 18-i səhər saatlarından etibarən Qarabağda yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarına Ağdam-Xankəndi və Laçın yolu ilə eyni anda humanitar yüklərin çatdırılmasına şərait yaradılıb.

Ayşən Mustafa
Globalinfo.az